casino free polls
http://bjs.stsland.ru/ - ???? ??? ???????? (bjs)
saygac
??????? ?????????
sayğac

Military Time
12 Hour Time

?????? ? ????
Bakıda hava
http://bjs.stsland.ru/ - ???? ??? ???????? (bjs)


Internet casino Hit Counters
Bu gün
Toplam

Hədəfinə diqqətlə və soyuqqanlılıqla bax! Tərəddüd etmə!
Copyright © 2007-2009 Hedef Kurslari Inc. All Rights Reserved.

 

Hədəfimiz əxlaqi dəyərlərə söykənərək xalqımızı müasir tələblərlə ayaqlaşdırmaqdır!

 

Təsisçilər:       f.e.n. Sadıqov Şəmil Kamil oğlu                

                                                                                   Tarquliyev  Vüqar  Cəfər oğlu

                    

                  

HƏDƏF kursları tanınmış pedaqoq  f.e.n. Şəmil Sadiqin və Tarquliyev Vüqarın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmışdır.

            Bu kursun yaradılmasında əsas məqsəd şagirdlərə ali məktəbə gedən yolda hədəfi müəyyənləşdirmək üçün səmərəli bilik vermək, ağıllı seçim etməyi müasir yollarla öyrətməkdir.

Ulu Öndər Heydər Əlirza Oğlu Əliyevin dediyi  “Təhsil millətin gələcəyidir” şüarını əldə rəhbər tutaraq, xalqımızın övladlarını maarifləndirmək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə apardığı son islahatlara dəstək olmaq üçün biz, gənc və sağlam ruhlu bir kollektiv bu proseslərdən ruhlanarıb Hədəf kursunu açdıq və gücümüzün çatdığı qədər millətimizə xidmət etmək istədik. Qısa müddət ərzində, qismən də olsa, amalımıza nail olduq.

Hədəf kurslarının profesional və zəhmətkeş heyəti  sentyabr ayından bu günə kimi 13 adda müxtəlif fənlər üzrə (Azərbaycan dili (vəsait), Azərbaycan dili (test bankı), Ədəbiyyat (vəsait), Ədəbiyyat (test bankı),Coğrafiya (vəsait), Coğrafiya (test bankı I və II hissə), Fizika vəsait, Fizika ( test bankı), Biologya (məsələlər I və II hissə),  Tarix (test bankı I hissə), “İntellekt və məntiq testləri” )  vəsait və test toplusuı nəşr etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin  proqram və dərslikləri əsasında hazırlanmış adı çəkilən vəsaitlərimiz yeni madellərə və yeni yanaşma tərzinə görə böyük bir oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır.

            Vəzifəsini bilən, işini sevən, vətəninə bağlı olan  yüksək ixtisaslı müəllimlərin HƏDƏF ətrafinda birləşərək mükəmməl bir tədris mərkəzi yaratmaq istəyinə, inanırıq ki, xalqımız qiymət verəcək, dəstək olacaq, işimizin məqsədəuyğun olması üçün yararlı tənqidlərini bizdən əsirgəməyəcək.

Hədəf kursları, əsasən, üç istiqamət üzrə fəaliyyət göstərir:

Abituriyent hazırlığı, YÖS hazırlığı, VI sinif şagirdlərinin liseylərə hazırlığı.

            Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keşmiş və həmin gündən də fəaliyyətə başlamışdır. Abituriyent hazırlığı üzrə kursa ilk qəbul imtahanı 2008-ci il iyun ayının 1-də keçirilmişdir. Keçid balı 150 olan bu qəbul imtahanında 350 şagird iştirak etsə də, cəmi 48 şagird qəbul olmuşdur.

            Hədəf kollektivinin ilk ən böyük uğuru TQDK-nın proqramı əsasında abituriyentlər üçün 13 adda vəsaitin nəşrinə başlamaqdır. Bu böyük layihə uğurla həyata keçirilmiş və həmin vəsaitlər artıq satışa buraxılmışdır. Nəşr olunan bu kitablar HƏDƏF kurslarının şagirdlərinə pulsuz verilir.

            Kursun rəhbərliyi şagirdlər arasında rəqabətin daha uğurlu olması, valideynlərin büdcələrinə qənaət olunması üçün hər ay keçiriləcək mövzu sınağının qalibinə pulsuz təhsil verməyi qərara almışdır. Bu güzəşt kurslar arasında Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Üstəlik, qəbul imtahanında 650-dən yüksək bal toplayan hər bir şagirdinə Hədəf kursları 500 manat pul mükafatı təyin etmişdir.  Hrə il Hədəf kurslarında 4 şagird pulsuz təhsil alır.

            Qafqazda, o cümlədən  Azərbaycanda  ilk dəfə olaraq, Hədəf kursları Turkiyənin METROPOL şirkəti ilə müqavilə bağlayaraq Metropolun rəsmi təmsilçi olmuşdur. Bununla da Hədəf Metropolun  bütün nəşrlərinin Azərbaycanda satış hüququnu və dərs proqramlarının tətbiq olunmasını əldə etmişdir.

            Bizi seçməklə siz HƏDƏFdən yayınmayacağınıza əmin ola bilərsiniz!

 

Hədəfinə diqqətlə və soyuqqanlılıqla bax!

Tərəddüd etmə, hədəfdən yayınma! Hədəfsiz yaşama!

 

 

 

Azәrbaycan dili
Ədәbiyyat


Tarix
İngilis dili
Alman dili






Rus dili

Coğrafiya
Cәbr

Biologiya

Kimya

Affiliate program Polls
Fizika
HEDEF KURSLARI

İş nömrənizi daxil edin:

 

ABITURIYENT MQT4/YÖS MQT6 IMTAHANLARININ NƏTİCƏLƏRİ