1995-ci ildən fəaliyyət göstərən Metropol Təhsil qurumları YÖS (yabancı öyrənci seçmə) hazırlığı üzrə türk dilinin öyrədilməsi istiqamətində Türkiyədə və dünyanın bir neçə ölkəsində təşkil olunur. Metropol YÖS kursları yüz minlərlə tələbənin gələcəyinin formalaşmasına töhfə vermiş təhsil müəssisələri şəbəkəsidir.
“Metropol” kursları Türkiyədə 17, dünyada 37 şöbəsi ilə YÖS hazırlığını müvəffəqiyyətlə həyata keçirən ən köklü təhsil mərkəzlərindəndir. Keyfiyyət davamlılığı və daim yenilənən müasir təhsil yanaşması “Metropol” kurslarının sahib olduğu əsas dəyərlərdir.
Metropol Təhsil Qurumlarının təşkil etdiyi kurslar, imtahanlarda yüksək nailiyyətlər əldə etmiş tələbələrin təhsilə baxışını təkmilləşdirməkdə daim dəstək olmuşdur.
“Hədəf Kursları”MMC ilə Metropol Təhsil Qurumları arasında dostluq - əməkdaşlıq uğurlu fəaliyyəti 2008-ci ildən bəri davam etməkdədir.
Yeni tədris ilindəndən Metropol Təhsil Qurumları və Hədəf Kursları əməkdaşlığı çərçivəsində Naxçıvan şəhərində Metropol YÖS kursları istiqamətində birgə fəaliyyətə başlayır.
Birgə əməkdaşlıq çərçivəsində Naxçıvan şəhərində Metropol YÖS kurslarının tədris proqramından, dərsliklərindən yararlanaraq Türkiyədə bakalavr təhsili almaq istəyən şagirdlərə YÖS imtahanlarının keçirilmə vaxtı, təqdim ediləcək sualların mövzusu və universitetlər haqqında ətraflı məlumat veriləcəkdir.
Peşəkar müəllim kollektivi və effektiv dərs qrafiki ilə hazırlaşaraq Türkiyənin ən prestijli universitetlərində uğurlu təhsil həyatına başlamaq üçün dərslərimizə qoşula bilərsiniz