Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Qəbul qaydaları

Hədəf Kursları-Qəbul qaydaları

Qəbul-güzəşt imtahanı Hədəf Kurslarına qəbul qaydasının əsas prinsipidir və hər il keçirilir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Hədəf 18 ildir ki, Azərbaycan təhsilinə öz konsepti ilə xidmət edən, milli və bəşəri dəyərlərə önəm verən milli təhsil brendidir. Buna görə də istedadlı şagirdlərə dəstək olmaq, onların gələcəyinə yaxşı mənada təsir etmək məqsədilə şagirdlərin təhsil xərclərini tam və ya qismən qarşılamağı öz üzərimizə götürməyə qərar verdik. Düşünürük ki, istedadlı, amma maddi imkanı olmayan şagirdlər də bu şansdan yararlanaraq təhsil alıb ölkəmizin və dünyamızın gələcəyinə faydalı şəxsiyyət kimi yetişməlidirlər.

Hədəf Kurslarında 2026/2027-ci tədris ilində təhsil almaq istəyənlər üçün 19 aprel tarixində qəbul-güzəşt imtahanı keçiriləcək. Hər il keçirilən qəbul-güzəşt imtahanında iştirak edən hər bir şagirdlər təhsil haqqında 15 % – 100 % arası güzəşt əldə edə bilər. Güzəşt imtahanında qazanılan bir illik güzəştdir, növbəti illərdə təhsil almaq istədikdə şagirdlər yenə qəbul-güzəşt imtahanında iştirak etməlidirlər. Təhsil güzəştindən yararlanmaq üçün şagirdlər müəyyən edilmiş qəbul-güzəşt imtahanından keçməlidirlər.

Qəbul-güzəşt imtahanı 3 fənn üzrə keçirilir:

Tədris dili (Azərbaycan və ya rus dili) 30 sual;

Riyaziyyat 30 sual;

İngilis dili 30 sual.

İmtahan mövzuları DİM-in buraxılış imtahanı proqramları əsasında müəyyən edilir.

İmtahan müddəti 180 dəqiqə nəzərdə tutulur.

Qəbul-GÜZƏŞT imtahanında orta məktəbdə təhsil alan (Azərbaycan və rus bölməsi) V - X sinif şagirdləri iştirak edə bilər. Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən:

V –X  siniflər üzrə 

  1. 291 – 300 bal toplayan şagirdlər üçün 100% güzəşt
  2. 271 – 290 bal toplayan şagirdlər üçün 70% güzəşt
  3. 251 – 270 bal toplayan şagirdlər üçün 50% güzəşt
  4. 231 – 250 bal toplayan şagirdlər üçün 30% güzəşt
  5. 201 – 230 bal toplayan şagirdlər üçün 20% güzəşt
  6. 150 – 200 bal toplayan şagirdlər üçün 15% güzəşt

 

Güzəştlərlə bağlı əlavə qeydlər

Güzəştlər heç bir halda toplanılmır, ən böyük güzəşt nəzərə alınır. Bütün güzəştlər elmi-pedaqoji şuranın təyin etdiyi əsas məbləğlər üzərindən hesablanılır.

Hazırda Hədəf Kurslarında təhsil alan şagirdlərin də güzəşt imtahanında iştirak etmə hüququ var və bu zaman kənar şagirdlərlə onlar arasında heç bir fərq nəzərdə tutulmur.

Bütün güzəştlər 2026/2027-ci tədris ilinin təsdiq edilmiş əsas təhsil ödənişi məbləği üzərindən aparılır.

Güzəşt imtahanında qazanılan güzəşt bir il üçün keçərlidir və hər il keçirilən güzəşt imtahanında əldə edilən bilik nəticəsinə görə təyin edilir.

Qazanılan güzəşt 15 iyun tarixinə qədər qüvvədədir. Bu müddət ərzində müqavilə bağlanılmasa, güzəşt ləğv edilir.

İmtahana giriş kuponunu Hədəf STEAM Liseyinin və Hədəf Kurslarının bütün filiallarından əldə edə bilərsiniz.

Güzəşt imtahanına qeydiyyat 10 fevral – 18 aprel tarixlərində davam edəcək.

Güzəşt imtahanına giriş kuponunun qiyməti 10 AZN-dir.