Hədəf Kurslarında təhsil haqqı güzəştləri
“Hədəf Kusları” MMC şagirdlərin stimullaşdırılması və təhsilinə dəstək məqsədilə təhsil haqqına güzəştlər tətbiq edir. Müxtəlif sosial qruplardan olan, həmçinin istedadlı balabilgələr aşağıdakı güzəştlərdən yararlana bilərlər:
Qəbul-güzəşt kampaniyası üzrə tətbiq edilən güzəştlər
Hər il keçirilən qəbul-güzəşt imtahanına əsasən həm liseydə təhsil alan, həm də kənardan müraciət edən balabilgələr təhsil haqqına 10 % – 100 % arası güzəşt əldə edə bilərlər. Qəbul güzəşt imtahanı bütün filiallar və Azərbaycan, rus bölmələri üçün birgə aparılır.
Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən:
VIII -IX siniflər üzrə
1. 1 – 3-cü yerlər (90 % + nəticə göstərərən şagirdlər arasında) – 100 % güzəşt;
2. 4 – 6-cı yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 70 % güzəşt;
3. 7 – 9-cu yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 50 % güzəşt;
4. 10 – 12-ci yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 30 % güzəşt;
5. 13 – 18-ci yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 20 % güzəşt;
6. 19 – 30-cu (50 % + nəticə göstərən şagirdlər arasında) – 10 % güzəşt qazanırlar.
X sinif üzrə
1. 1 – 4-cü yerlər (90 % + nəticə göstərən şagirdlər arasında)– 100 % güzəşt;
2. 5 – 8-ci yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 70 % güzəşt;
3. 9 – 12-ci yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 50 % güzəşt;
4. 13 – 16-cı yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 30 % güzəşt;
5. 17 – 24-cü yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 20 % güzəşt;
6. 25 – 40-cı yerlər (50 % + nəticə göstərən şagirdlər arasında) – 10 % güzəşt qazanırlar.
Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid övladlarına tətbiq edilən güzəştlər
a) Vətən müharibəsi şəhidləri övladlarının təhsil haqqına 100 % güzəşt edilir.
b) Vətən müharibəsi qaziləri övladlarının təhsil haqqına 50 % güzəşt edilir.
c) Vətən müharibəsi iştirakçılarına 30 % məbləğində güzəşt edilir.
Bu güzəştlər sadəcə “YAŞAT” Fondu vasitəsilə tətbiq olunur.
Hədəf Şirkətlər Qrupunda çalışanlar üçün tətbiq edilən güzəştlər
Hədəf Şirkətlər Qrupuna daxil olan istənilən şirkətdə fəaliyyət göstərən əməkdaşların övladları üçün 30 % güzəşt tətbiq edilir.
Bir ailədən bir neçə şagird təhsil alarsa, tətbiq edilən güzəştlər
Bir ailədən (sadəcə qardaş-bacı) ikinci uşağa görə 15 %, üçüncü və daha çox uşağa görə hərəsinə 20 % güzəşt edilir. Təhsil alanların təhsil haqları arasında fərq olduqda endirim ən aşağı təhsil haqqına uyğunlaşdırılır.
Məzunlar üçün tətbiq edilən güzəştlər
Hədəf Şirkətlər Qrupunun (kurs və lisey) məzunlarının övladlarına 10 % məzun endirimi olunur. Məzun endirimindən istifadə etmək üçün məzun olduğunu təsdiq edən sənəd və ya məzun olduğu filialın rəhbərinin rəyi təqdim edilməlidir.
İstedada görə tətbiq edilən güzəştlər
Respublika fənn/layihə olimpiadalarında və beynəlxalq fənn/layihə olimpiadalarında ilk üç yeri tutmuş mərkəzin cari şagirdlərinin (növbəti dərs ilindən başlamaqla) və ya yeni müraciət edən şagirdlərin illik təhsil haqqına aşağıdakı qaydada endirim və güzəştlər tətbiq olunur:
IX sinif DİM imtahanının nəticəsinə əsasən güzəştlər
a) 290 - 300 bal nəticə göstərən şagirdlər – 100 % güzəşt;
b) 270 - 289 bal nəticə göstərən şagirdlər – 70 % güzəşt;
c) 250 - 269 bal nəticə göstərən şagirdlər – 50 % güzəşt;
d) 200 - 249 bal nəticə göstərən şagirdlər – 20 % güzəşt;
e) 150 - 199 bal nəticə göstərən şagirdlər – 10 % güzəşt qazanırlar.
a) Beynəlxalq olimpiadalarda ilk 3 yer tutmuş şagirdlərə:
Beynəlxalq riyaziyyat olimpiadası (IMO); Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO); Avropa qızlar riyaziyyat olimpiadası (EGMO); Beynəlxalq fizika olimpiadası (IPHO); Avropa fizika olimpiadası (EUPHO); Asiya fizika olimpiadası (APHO); Beynəlxalq kimya olimpiadası (ICHO); Beynəlxalq Mendeleyev kimya olimpiadası; Beynəlxalq biologiya olimpiadası (IBO); Beynəlxalq informatika olimpiadası (IOI)
I yer – 100%
II yer – 70%
III yer – 50%
b) Respublika fənn olimpiadasında ilk 3 yer tutmuş şagirdlərə:
I yer – 100%
II yer – 70%
III yer – 50%
Qeyd: a-b bəndlərində nəzrərdə tutulan endirimlər tam orta təhsil müddətində tətbiq olurur.
c) Lütfi Zadə adına Məntiq olimpiadasında ilk 3 yer tutmuş şagirdlərə:
I yer – 60%
II yer – 40%
III yer – 20%
d) Respublika fənn müsabiqədində ilk 3 yer tutmuş şagirdlərə:
I yer – 100%
II yer – 70%
III yer – 50%
Qeyd: c-d bəndlərində nəzrərdə tutulan endirimlər ümumi orta təhsil müddətində tətbiq olurur.
e) Beynəlxalq müsabiqələrin final mərhələsində ilk 3 yer tutmuş şagirdlərə:
SEAMO, PIMSO, SIMSO, WMI, GMEC, TEENEAGLE
I yer – 60%
II yer – 40%
III yer – 20%
f) Beynəlxalq müsabiqələrin seçim (ölkə mərhələsində) mərhələsində ilk 3 yer tutmuş şagirdlərə:
SEAMO, PIMSO, SIMSO, WMI, GMEC, TEENEAGLE
I yer – 50%
II yer – 20%
III yer – 10%
g) Respublika STEAM müsabiqələrində ilk 3 yer tutmuş şagirdlərə:
SAF – STEAM, SABAHIN ALİMLƏRİ, AZERCELL CUP
I yer – 70%
II yer – 50%
III yer – 30%
h) Fənnlərin Dostluğu Olimpiadası (FDO), Türk İneqrasiya Olimpiadası, Qoşqar Məntiq-Riyaziyyat bilik yarışının qaliblərinin güzəştləri hər il müsabiqədən öncə müəyyən edilir.
Qeyd: e-h bəndlərində nəzrərdə tutulan endirimlər növbəti təhsil ili üçün tətbiq olurur.
Hədəf güzəşti
Hədəf Kurslarında növbəti tədris ilində təhsilini davam etdirdikdə 15 % güzəşt tətbiq edilir.
Valideynini itirən şagirdlər üçün tətbiq edilən güzəştlər
Valideynlərindən birini itirmiş şagirdlər üçün 20 %, hər iki valideynini itirmiş şagirdlər üçün 30 % güzəşt tətbiq edilir.
Əməkdaşlıq üçün tətbiq edilən güzəştlər
Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlıq müqaviləsi bağlamış şirkətlərin çalışanları həmin şirkətin arayış və niyyət məktubunu təqdim etdikləri halda həmin şəxslərin övladlarına 10 % güzəşt tətbiq edilir.
Birdəfəlik ödəniş üçün tətbiq edilən güzəştlər
İllik təhsil haqqı tam və ya hissə-hissə ödənilə bilər. Birdəfəlik tam ödənişlərə 10 % güzəşt tətbiq edilir.
QEYD:
* İstedad və qəbul-güzəşt imtahanı istisna olmaqla digər güzəştlərin cəmi 25 %-i aşmamalıdır.