Hədəf Kursları və Hədəf Liseyi birgə müəllim qəbulu üzrə vakansiya elan edir!
Hörmətli müəllimlər, hər il olduğu kimi, bu ilə də Müəllimlərin İşə Qəbulu prosesi müsabiqə yolu ilə həyata keçiriləcək. Hədəf Şirkətlər Qrupuna aid olan təhsil müəssisələrində aşağıdakı fənlər üzrə vakansiyalar mövcuddur.
Azərbaycan dili və ədəbiyyatı – Azərbaycan bölməsi üçün
Riyaziyyat (Математика) – Azərbaycan və rus bölmələri üçün
İngilis dili (Английский язык) – Azərbaycan və rus bölmələri üçün
Kimya (Химия) – Azərbaycan və rus bölmələri üçün
Biologiya (Биология) – Azərbaycan və rus bölmələri üçün
Coğrafiya (География) – Azərbaycan və rus bölmələri üçün
Fizika (Физика) – Azərbaycan və rus bölmələri üçün
Tarix (История) – Azərbaycan və rus bölmələri üçün
Məktəbəqədər (Дошкольное) – Azərbaycan və rus bölmələri üçün
İnformatika (Информатика) – Azərbaycan və rus bölmələri üçün
Rus dili (Русский язык) – Azərbaycan bölməsi üçün
Rus dili və ədəbiyyatı – rus bölməsi üçün
İbtidai sinif müəllimliyi (Преподавание в начальной школе) – Azərbaycan və rus bölmələri üçün
Müsabiqənin şərtlərinə görə göstərilən vakansiyalara uyğun namizədlər ilk mərhələdə imtahan verərək ixtisas üzrə biliklərini sınayacaqlar. İmtahan Hədəf Kursları və Hədəf STEAM Liseyinin birgə müəllim qəbulu üçün nəzərdə tutulub. İmtahanda iştirak etmək istəyən namizədlər aprel ayının 1-dən etibarən Hədəf Kurslarının filialları ilə yanaşı, Hədəf STEAM Liseyinin filiallarına yaxınlaşaraq və ya onlayn buraxılış vərəqi əldə edə biləcəklər. İmtahanlar Abşeron rayonu, Bakı, Sumqayıt, Naxçıvan şəhərləri və Balakən rayonunda yerləşən filiallarımızda keçiriləcək.
Müəllim Qəbulu İmtahanı 25 may 2025-ci il tarixində keçiriləcək. Suallar DİM-in təsdiq etdiyi proqramlar və orta məktəb dərslikləri əsasında hazırlanacaq. (Məktəbəqədər təhsil üzrə çərçivə sənədində göstərilən mənbə əsas götürülmüşdür).
Qaydalara əsasən, namizədlər 120 dəqiqə ərzində 40 ixtisas sualını cavablandırmalıdırlar.
Azərbaycan bölməsi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə:
Azərbaycan dili – 25 sual,
Ədəbiyyat – 15 sual,
Rus bölməsi rus dili və ədəbiyyat fənni üzrə:
Rus dili – 25 sual,
Ədəbiyyat – 15 sual,
İbtidai sinif üzrə:
Tədris dili – 20 sual,
Riyaziyyat – 20 sual təqdim olunacaq.
Qeyd: Hər səhv cavaba görə doğru cavabların sayından səhv cavabların sayının ¼-i çıxılır.
İmtahandan məqbul nəticə göstərən namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakant yer seçmək imkanı müsabiqənin ikinci mərhələsində (müsahibə) veriləcək.
HƏDƏF komandasında çalışmaq istəyi olan hər bir namizədə uğurlar arzulayırıq!