Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kurslarının məzunu Selcan Əliyeva Prezident təqaüdünə layiq görülüb.

Noy 03, 2026
Hədəf Kurslarının məzunu Selcan Əliyeva Prezident təqaüdünə layiq görülüb.

Hədəf Kurslarının 2025–2026-cı tədris ilinin məzunu Əliyeva Selcan Xalis qızı yüksək akademik göstəricisi ilə növbəti uğura imza atıb.

Buraxılış və qəbul imtahanlarının ümumi nəticəsinə əsasən 681,4 bal toplayan Selcan Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan Selcanın bu nailiyyəti onun əzmkarlığının, məqsədyönlü hazırlığının və zəhmətinin nəticəsidir.

Hədəf Kursları olaraq məzunumuz Selcan Əliyevanı bu əlamətdar uğuru münasibətilə təbrik edir, ona gələcək təhsilində və peşəkar fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.

Hədəf Kursları — Hədəfi olanların məktəbidir!