Hədəf Şirkətlər Qrupu üzrə Müəllimlərin İşə Qəbulu imtahanı uğurla keçirildi!
25 may 2025-ci il tarixində Hədəf Kursları və Hədəf STEAM Liseyinin birgə təşkilatçılığı ilə müəllimlərin işə qəbulu üzrə ilk mərhələ – ixtisas imtahanı keçirildi.
İmtahan aşağıdakı xüsusiyyətlərlə yadda qaldı:
6 mərkəzdə təşkil olundu;
Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 11 ixtisas əhatə olundu;
2000-ə yaxın namizəd biliklərini sınamaq imkanı qazandı.
İmtahandan məqbul nəticə əldə edən namizədlər telefon vasitəsilə əlaqə saxlanılaraq növbəti mərhələyə – müsahibəyə dəvət olunacaqlar.
Bu mərhələdə müəllimlərin:
• Pedaqoji bilikləri
• Ünsiyyət və nitq bacarıqları
• Psixoloji hazırlığı qiymətləndiriləcək.
Keçid balı iştirakçıların ümumi nəticə ortalamasına əsasən müəyyən olunacaq və bu, hər il dinamik şəkildə formalaşır.
İmtahan nəticələri – 7 iş günü ərzində elan olunacaq.
Hədəf komandasında yer almaq üçün ilk addımı atan bütün namizədlərə uğurlar arzu edirik!
Sizin kimi motivasiyalı və savadlı müəllimlər təhsilin gələcəyini qurur!