Hədəf Robotiks açıldı!
Əziz valideynlər və şagirdlər, sizə şad xəbərimiz var. Artıq Hədəf Kurslarının 4 filialında: Sumqayıt filialı, Əhmədli filialı, Masazır filialı, Bakıxanov filialı və Hədəf Liseyinin Bakı filialında Robotiks kursları fəaliyyətə başlayır.
Türkiyə Cümhuriyyətinin bu sahədə tanınmış və peşəkar şirkəti olan Robotzadə şirkəti və Hədəf STEAM liseyi ilə birgə əməkdaşlıq çərçivəsində veriləcək təlimlər 6 yaş üzəri hər kəs üçün müəyyən proqramlar təklif edir. Proqramlarımız 3-6 aylıqdır və kurs sonunda beynəlxalq sertifikat verilir.
Kursumuzu uğurla bitirən tələbə və müəllimlərə iş təklifimiz də var.
Kiçik qruplarda, peşəkar müəllimlərlə siz çağdaş dünyamızın tələblərinə cavab verən mütəxəssis olmaq istəyirsinizsə, sabahınızı bizə etibar edin!
Biz robotları yaradıb idarə etməsək, bir gün robotlar bizi idarə edəcək, ona görə də gec qalmadan, texnoloji biliklərinizi artırın!
Fəaliyyət istiqamətləri:
1. Robototexnikaya giriş
2. Dron mühəndisliyi
3. Alqoritm öyrənilməsi və təməl proqramlama
4. OPEN Kateqoriya (Arduino layihələrinin öyrənilməsi)
5. 3D printing və dizayn (CAD)
6. Fischertechnik Education | Construction System