Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Azərbaycan Universiteti ilə görüş

Apr 27, 2015
Azərbaycan Universiteti ilə görüş

Aprelin 27-də Azərbaycan Universiteti və Hədəf Kursları MMC arasında görüş keçirildi. Görüşdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, f.ü.f.d., dosent, Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq çıxış etdilər. Rektor universitetin təhsil sistemi, layihələr, gələcəkdə təhsil adına görüləcək işlər haqqında məlumat verdi. Abituriyentlərin ali təhsilləri üçün Azərbaycan Universitetinə etibar edə biləcəklərini əminliklə vurğuladı. Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq isə çıxışında Azərbaycan Universitetilə əməkdaşlığa böyük önəm verdiklərini vurğuladı. Azərbaycan Universitetində təhsil alan məzunlarımızı xatırladı. Sonda Qabil Əliyev çıxış edərək Azərbaycan universitetinin fakultələri haqqında məlumat verdi. Ayaqüstü çay fasiləsindən sonra abituriyentlər üçün psixoloji seminar keçirildi.