Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Bakı Ali Neft Məktəbində psixoloji seminar keçirildi

İyul 08, 2014
Bakı Ali Neft Məktəbində psixoloji seminar keçirildi

Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də 2 günlük “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirildi.

İki gün davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması yardım olundu. Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyə Respublikasından dəvət olunmuş professorlar abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər verildi.

Qarşıdan gələn qəbul imtahanlarında abituriyentlərə uğurlar arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, bu kimi layihələrin təşkil olunmasını təhsilin inkişafında uğurlu addımlardan biri kimi hesab edir. O qeyd etdi ki, beynəlxalq təcrübədə imtahan öncəsi bu tip seminarların keçirilməsi abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edir. Bu baxımdan belə layihələrin tez-tez təşkil olunması istər abituriyentlər üçün, istərsə də onların valideyinləri üçün olduqca önəmli və vacibdir.

Tədbirdə çıxış edən Hədəf kurslarının direktoru Şəmil Sadıq bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən gənclərin özlərin yüksək səviyyədə inkişaf etdirmələri üçün Dövlət tərəfindən yüksək şəraitin yaradıldığını qeyd edib və bildirdi ki, öz gələcəyini və ölkəmizin gələcəyini düşünən hər bir gənc bu imkanlardan maksimum yaralanmalıdır. Daha sonra Ş. Sadıq hər bir abituriyentə ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.

Öz beynəlxalq təcrübəsinə dayanaraq, imtahan öncəsi stressdən necə azad olmaq və imtahan zamanı vaxtdan səmərəli istifadə etməyi məsləhət görən Sabancı Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin meneceri Mohammad Jamal Ahmet Abbasi qeyd etdi ki, bəzən abituriyentlər ixtisas seçimində qərarsız olurlar və ixtisas seçərkən səhvə yol verə bilərlər. O, “Sabancı Universitetindəki fakültəsiz universitet modelinin tədbigi barədə danışaraq vurğuladı ki, Universitetdə tələbələrə 2 il ümumi dərslər keçirilir və tələbələr öz fakültələrini 2-ci kursun sonunda seçmə imkanlarına malikdirlər.

Tədbirin sonunda ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin, Sabancı Universitetinin və Hədəf kurslarının hədiyyələri təqdim olunub.

Layihənin ən fəal iştirakçısı Nigar Qasımova isə Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.