Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

“Dostuma məktub” – sevgi və dostluq layihəsi!

Dek 25, 2024
“Dostuma məktub” – sevgi və dostluq layihəsi!

Yeni ildə uşaqlar arasında sevinc, dostluq və paylaşma ruhunu yaşatmaq üçün həyata keçirdiyimiz "Dostuma məktub" layihəsini böyük məmnuniyyətlə tamamladıq.

 Masallı rayonunun Dəmirçi kəndinin orta məktəbində təhsil alan şagirdlərə Qarayev filialının şagirdləri tərəfindən sevgi ilə hazırlanan hədiyyələr və məktublar dostlarımıza çatdırıldı. Məktəbin şagirdlərinin üzündəki sevinc hər bir uşağın ürəyinə toxunduğumuzun göstəricisi idi. Bu görüş yalnız hədiyyə paylaşmaq deyil, həm də yeni dostluqlar qurmaq üçün gözəl bir fürsət oldu.

 Bu layihə çərçivəsində məqsədimiz yalnız hədiyyələr çatdırmaq deyil, həm də uşaqlar arasında dostluq və həmrəylik bağları yaratmaq idi.