Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kursları mükafatlandırma mərasimi

Okt 08, 2024
Hədəf Kursları mükafatlandırma mərasimi

Hədəf Kursları Qarayev filialında 2023/2024-cü tədris ilinin yekununa həsr olunan mükafatlandırma mərasimi baş tutdu!

"Qızıl mükafatlandırma" adı verilən tədbirdə Hədəf Kursları və Hədəf STEAM Liseyi üzrə DİM tərəfindən təşkil olunan ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarımız və tədris etdiyi fəndən şagirdi 100 % nəticə göstərən müəllimlər sertifikat, təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. 

Artıq 15-ci dəfə təşkil olunan layihədə bu il 52 nəfər 600-dən yuxarı bal toplayan məzunumuz, 56 nəfər müəllimimiz təltif olundu.
Ənənə halını almış tədbirdə bu il ilk dəfə olaraq "Yaxşıların yaxşısı" və ya "Qızılların qızılı" nominasiya üzrə 2  məzunumuz və 2 müəllimimiz qalib adına layiq görüldü.

Texniki dəstəyə görə ev sahibi filialımıza və əməyi keçən bütün şirkət əməkdaşlarına Baş idarə adından təşəkkürümüzü bildiririk!

Biz birlikdə güclüyük!