Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Kurslarında ödənişsiz təhsil!

Mar 29, 2024
Hədəf Kurslarında ödənişsiz təhsil!

Aprelin 14-ü Hədəf Kurslarında qəbul-güzəşt imtahanı günüdür. Qəbul-güzəşt imtahanı Hədəf Kurslarına qəbul qaydasının əsas prinsipidir və hər il keçirilir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Hədəf 15 ildir ki, Azərbaycan təhsilinə öz konsepti ilə xidmət edən, milli və bəşəri dəyərlərə önəm verən milli təhsil brendidir. Buna görə də istedadlı şagirdlərə dəstək olmaq, onların gələcəyinə yaxşı mənada təsir etmək məqsədilə şagirdlərin təhsil xərclərini tam və ya qismən qarşılamağı öz üzərimizə götürməyə qərar verdik. Düşünürük ki, istedadlı, amma maddi imkanı olmayan şagirdlər də bu şansdan yararlanaraq təhsil alıb ölkəmizin və dünyamızın gələcəyinə faydalı şəxsiyyət kimi yetişməlidirlər.
Hədəf Kurslarında 2024/2025-ci tədris ilində təhsil almaq istəyənlər üçün 14 aprel tarixində qəbul-güzəşt imtahanı keçiriləcək. İmtahan 5 – 10-cu siniflərdə oxuyan (6 – 11-ci siniflərə qəbul olmaq istəyən) şagirdlər üçün Azərbaycan və rus bölmələri üzrə nəzərdə tutulub. Güzəşt imtahanında qazanılan bir illik güzəştdir, növbəti illərdə təhsil almaq istədikdə şagirdlər yenə qəbul-güzəşt imtahanında iştirak etməlidirlər.
Təhsil güzəştindən yararlanmaq üçün şagirdlər müəyyən imtahandan keçməlidirlər.
İmtahan nəticəsinə əsasən onlarla şagird 100 %, yüzlərlə şagird isə 20 % – 70 % güzəştlə təhsil şansı qazanacaq.
Qəbul-güzəşt imtahanı 3 fənn üzrə keçirilir:
V – X siniflər üçün:
Tədris dili (Azərbaycan və rus dilləri) 30 sual;
Riyaziyyat 30 sual;
İngilis dili 30 sual.
V – VII siniflər üzrə suallar şagirdin təhsil aldığı tədris ili mövzularını 60 %, öncəki illərin mövzularını 40 % əhatə edir. VIII – X siniflər üçün imtahan mövzuları DİM-in buraxılış imtahanı proqramları əsasında müəyyən edilir.
V – X siniflər üçün 180 dəqiqə nəzərdə tutulur.

Siz də uğur qazanmaq üçün imtahanda iştirak edin. Biletləri həm Hədəf Kursları və Hədəf STEAM Liseyinin filiallarına yaxınlaşaraq, həm də onlayn şəkildə hedef.edu.az saytından əldə edə bilərsiniz.

Hədəfi böyük olanların ünvanı!

Əlavə məlumat üçün:
+994123110185