Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

 Hədəf Kurslarında yüksək bal toplayan şagirdlərlə görüş!

May 24, 2025
 Hədəf Kurslarında yüksək bal toplayan şagirdlərlə görüş!

 Hədəf Kurslarında yüksək bal toplayan şagirdlərlə görüş!

2024–2025-ci tədris ili çərçivəsində Hədəf Kurslarının XI sinif buraxılış imtahanlarında 250+ bal toplamış şagirdləri ilə Hədəf Liseyi Qurtuluş filialında xüsusi görüş təşkil olunmuşdur.

Tədbirin əsas məqsədi buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş şagirdləri təbrik etmək, onları motivasiya etmək və qarşıda duran blok imtahanları üçün ruhlandırmaq olmuşdur.
Görüşdə Hədəf Kurslarının icraçı müavinləri Şakir Hüseyn və Vüsal Heybətov iştirak edərək çıxış zamanı hər bir şagirdi qazandıqları uğura görə təbrik etmiş və blok imtahanlarında da eyni əzmlə çalışaraq daha böyük nailiyyətlər əldə edəcəklərinə inandıqlarını bildirmişlər.

Təbriklər və motivasiya çıxışlarından sonra tədbir daha da rəngarəng şəkildə davam etmişdir. Şagirdlər arasında müxtəlif idman yarışları təşkil olunmuş, komandalar şəklində oyunlar keçirilmiş və əyləncəli proqramlarla onların asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilmişdir.

Bu kimi görüşlər Hədəf Kurslarının hər zaman şagird mərkəzli, tədris və mənəvi dəstək verən yanaşmasının bir göstəricisi olaraq gənclərin motivasiyasını artırmağa, bir-birilə əlaqələrini gücləndirməyə və sağlam rəqabət mühitində inkişaf etmələrinə töhfə verir.