Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf MİQ imtahanının ikinci mərhələsi keçirildi!

İyun 07, 2024
Hədəf MİQ imtahanının ikinci mərhələsi keçirildi!

26 may tarixində Hədəf Kurslarının və Hədəf STEAM Liseyinin, Bakı, Sumqayıt, Naxçıvan şəhərləri və Abşeron, Balakən, Astara, Ağcabədi rayonlarında yerləşən filiallarında, ümumilikdə 12 mərkəzdə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanı keçirildi. Builki müsabiqədə Azərbaycan və rus bölmələri üzrə 13 ixtisasdan 3000-ə yaxın müəllim iştirak edib.
İmtahandan uğurla keçən namizədlər ikinci mərhələyə – müsahibəyə dəvət olunurlar. Keçid balları iştirakçıların nəticələrinə əsasən müəyyənləşdirilib və bölgələr üzrə fərqlənib.

Bakı, Sumqayıt və Abşeron rayonu üçün ixtisaslar üzrə keçid balları:
• Azərbaycan dili və ədəbiyyat (ümumi): 30
• Azərbaycan dili: 20
• Ədəbiyyat: 12.75
• Biologiya: 31.5
• Coğrafiya: 30.25
• Fizika: 29
• İbtidai metodika: 33
• İnformatika: 16
• İngilis dili: 25.75
• Kimya: 20.5
• Məktəbəqədər: 20.5
• Riyaziyyat: 25
• Rus dili: 30
• Tarix: 32

Naxçıvan şəhəri üçün ixtisaslar üzrə keçid balları:
• Azərbaycan dili və ədəbiyyat (ümumi): 22.5
• Biologiya: 30.25
• Coğrafiya: 25.5
• Fizika: 16.25
• İbtidai metodika: 29.25
• İnformatika: 21.25
• İngilis dili: 30
• Kimya: 17.25
• Məktəbəqədər: 27.75
• Riyaziyyat: 20.25
• Rus dili: 30
• Tarix: 20.25
• Məntiq: 30
• Fransız dili: 16.25

Müsahibə mərhələsi 7–26 iyun tarixlərində keçiriləcək. Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üçün müsahibələr 7–24 iyun tarixlərində, Naxçıvan şəhəri üçün isə 25–26 iyun tarixlərində təşkil olunacaq. İştirakçılar fənlər üzrə müəyyən olunmuş ardıcıllıqla iki gün öncədən müsahibəyə dəvət ediləcəklər. Ümumilikdə 300-dən çox vakansiya üçün 500-ə yaxın namizəd müsahibə mərhələsinə keçib.
Astara, Balakən və Ağcabədi filiallarında imtahan iştirakçıları üçün ikinci mərhələ haqqında məlumat həmin bölgələrdəki filiallar tərəfindən veriləcək.

Hədəf Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!

Hədəfi böyük olanların ünvanı!