Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Şirkətlər Qrupundan 18 Şagirdə tam ödənişsiz təhsil – 300.000 manatlıq təqaüd proqramı!

May 20, 2025
Hədəf Şirkətlər Qrupundan 18 Şagirdə tam ödənişsiz təhsil – 300.000 manatlıq təqaüd proqramı!

18 nəfər tam ödənişsiz təhsil hüququ qazandı!

Hədəf Şirkətlər Qrupu 11 may tarixində Hədəf Kursları və Hədəf STEAM Liseylərinə qəbul-güzəşt imtahanı keçirib. İmtahanda 3000-ə yaxın məktəbli iştirak edib.

Hədəf Şirkətlər Qrupundan verilən məlumata görə, imtahanı keçirməkdə məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, onların daha keyfiyyətli təhsil alması üçün şərait yaradılmasıdır. Bu imtahanda iştirak edən şagirdlərdən 180 nəfəri təhsil haqqına güzəşt qazanıb, onlardan 18 nəfəri isə 100 % güzəşt əldə edib.

Elan olunan şərtlərə görə Hədəf STEAM Liseyində:

Hər sinif üzrə 1-ci  yer (90 % +  nəticə göstərən balabilgələr arasında) – 100 % güzəşt;

Hər sinif üzrə 2-ci yer (80 % + nəticə göstərən balabilgələr arasında) – 70 % güzəşt;

Hər sinif üzrə 3-cü yer (80 % + nəticə göstərən balabilgələr arasında) – 50 % güzəşt;

Hər sinif üzrə 4-cü yer (70 % + nəticə göstərən balabilgələr arasında) – 30 % güzəşt;

Hər sinif üzrə 5-6-cı yerlər (70 % + nəticə göstərən balabilgələr arasında) – 20 % güzəşt;

Hər sinif üzrə 7-10-cu yerlər (50 % + nəticə göstərən balabilgələr arasında) – 10 % güzəşt əldə edir.

Qəbul-güzəşt imtahanının nəticəsinə əsasən Hədəf Kurslarında VIII -IX siniflər üzrə:

  1. 1 – 3-cü yerlər (90 % + nəticə göstərərən şagirdlər arasında) – 100 % güzəşt;
    4 – 6-cı yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 70 % güzəşt;
    3. 7 – 9-cu yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 50 % güzəşt;
    4. 10 – 12-ci yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 30 % güzəşt;
    5. 13 – 18-ci yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 20 % güzəşt;
    6. 19 – 30-cu (50 % + nəticə göstərən şagirdlər arasında) – 10 % güzəşt qazanırlar.

    X sinif üzrə:
    1. 1 – 4-cü yerlər (90 % + nəticə göstərən şagirdlər arasında)– 100 % güzəşt;
    2. 5 – 8-ci yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 70 % güzəşt;
    3. 9 – 12-ci yerlər (80 % + nəticə göstərən şagirdlər arasında) – 50 % güzəşt;
    4. 13 – 16-cı yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 30 % güzəşt;
    5. 17 – 24-cü yerlər (70 % + nəticə göstərən şagirdlər arasında) – 20 % güzəşt;
    6. 25 – 40-cı yerlər (50 % + nəticə göstərən şagirdlər arasında) – 10 % güzəşt qazanırlar.

Hədəf Şirkətlər Qrupu hər il bu formada qəbul imtahanı keçirir, bu imtahanlarda ümumilikdə üç yüz min manatlıq təhsil endirimləri təqdim edilir.

Bundan əlavə şahid ailəsi üzvləri, müharibə veteranları, qazilərin ailə üzvləri bu tədris müəssisələrində ödənişsiz və ya 50 % endirimlə təhsil haqqı əldə edə bilirlər. Ötən tədris ilində Hədəf STEAM Liseyinin YAŞAT fondu ilə əməkdaşlığı çərçivəsində 40 nəfərə yaxın şəhid övladı ödənişsiz təhsil alıb, həmçinin Hədəf Kurslarında da təhsil alan bütün şəhid övladları ödənişdən tam azad ediliblər.

Hədəf Şirkətlər Qrupuna daxil olan təhsil müəssisələrində verilən əsas güzəştlərdən biri də istedad güzəştləridir. Cari tədris ilində yerli və beynəlxalq olimpiada mükafatçıları Hədəf Liseyindən 100 %-ə qədər endirim əldə edə bilirlər.

Xatırladaq ki, qəbul-güzəşt imtahanının nəticələri ötən həftə elan olunub və suallarla bağlı appellyasiya şikayətlərinə baxılıb. Endirim qazananların siyahısına Hədəf STEAM Liseyi üzrə Keçid , Hədəf Kursları üzrə Keçid linkinə daxil olaraq baxa bilərsiniz.