Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Hədəf Şirkətlər Qrupunun qurucusu Şəmil Sadiq Sinqapurda 7 günlük təhsil səfərində olub.

Yan 28, 2024
Hədəf Şirkətlər Qrupunun qurucusu Şəmil Sadiq Sinqapurda 7 günlük təhsil səfərində olub.

hedef.edu.az xəbər verir ki, qurucu direktor Şəmil Sadiq yanvarın 22-si Sinqapurda keçirilən Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadasının (SEAMO) mükafatlandırma mərasiminə dəvət edilmişdi.

Səfər çərçivəsində Sinqapur təhsilini araşdırmaq üçün Sinqapur Təhsil Şəbəkəsinin direktoru Michael Klimm, Astor Beynəlxalq Məktəbinin təsisçisi Elena Holloway, SIS və İlham Məktəblərinin təsisçisi və sədri Jaspal Sidhu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi və Davamlı İnkişaf Məqsədləri qabaqcıllarından Veerappan Swaminathan, Cənub-Şərqi Asiyanın Birləşmiş Dünya Kollecinin rəhbəri Nick Alchin, Kanberra orta məktəbinin baş müəllimi Ghazali Abdul Wahab, keçmiş MOE kurikulumun planlaşdırılması və inkişafı proqramının rəhbəri, hazırda isə HeyHi şirkətinin baş direktoru Yueh Mei Liu ilə məktəblər üçün qiymətləndirmə və öyrənmə platforması barəsində silsilə görüşlər keçirib, müzakirələr aparıb.

Görüşlərdə Azərbaycan ilə Sinqapur arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Sinqapur məktəblərinə gedən Ş.Sadiq ölkənin təhsil sistemi ilə, istər dövlətin, istər valideynlərin təhsilə yanaşma şəkli ilə tanış olub.

Belə ki, Sinqapurda məktəblər şagirdlərin səviyyəsinə görə ayrılır. Beləcə, güclü və zəif şagirdlər eyni sinifdə olmurlar. Eyni zamanda repetitorluq da geniş yayılıb. Dərsdənkənar fəaliyyətlər – olimpiadalar, bilik yarışları və s. qazanılan uğurlarda bunun böyük rolu var.

Həmçinin Şəmil Sadiq Sinqapurda təhsil alan tələbələrlə süfrə arxasında görüşüb, onların təhsili, gündəlik həyat və fəaliyyətləri ilə yaxından tanış olub.

Rəsmi-işgüzar səfər Sinqapur-Azərbaycan təhsil əməkdaşlığına hədəflənib. İki ölkə arasında tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafının təhsil sahəsində də yeni nailiyyətlərə səbəb olacağı kimi qiymətləndirilib.