“Hədəf Kursları”MMC-nin hər ay təşkil etdiyi aylıq sınaq imtahanlarında filial birincisi və ümumi kurs birincisi Hədəfin bilgəsi sayılır. Bütün qruplar üzrə keçirilən imtahanda hər filialda qrup üzrə 1-ci yeri tutan şagird həmin ay Filial bilgəsi sayılır, həmin tələbələr haqqında qısa məlumat, yəni şagirdin adı, soyadı, təhsil aldığı məktəb, Hədəf Kurslarında hazırlaşdığı qrup və sinif, sınaq imtahanında topladığı bal, fənnlər üzrə uğur faizi, fotoşəkilləri və s. olan afişalar hazırlanır və ay boyunca filial daxilində olan Tv-lərdə “ Hədəf Bilgəsi” videoroloki adı altında yayımlanır.
Bundan əlavə filial bilgəsi üçün nəzərədə tutulmuş hədiyyələr isə bunlardır:
1) Filial müdiri adından “Təltifnamə” ilə mükafatlandırılır.
2) Filial müdiri adından abituriyent valideyninə “Təşəkkür Məktubu” göndərilir.
3) Filial kantinində istifadə edə biləcəyi 10 AZN-lıq kupon filial müdiri adından şagirdə verilir.
4) Abituriyentin dərs keçdiyi sinif otağının qapısında “Bu otaqda sentyabr ayı filial Bilgəsi –“ Ad və soyad” qeyd olunur və bu elan il sonuna qədər qapının üzərində qalır.
5) İl sonunda ən çox bilgə olan tələbələr müəllimləri tərəfindən mükafatlandırılır.
6) İl ərzində 3 dəfə “Filial Bilgəsi” olan şagirdə 1 gün boyunca filial müdiri kreslosuna oturmaq imkanı yaradılır. Bilgə gün boyunca şagirdlərin problemlərini dinləyir və problemlər haqqında filial rəhbərliyini məlumatlandırır.
“ Hədəfin Bilgəsi” üçün Hədəf Kursları MMC-nin Baş Direktoru tərəfindən təyin olunmuş hədiyyələr: