Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun (Hədəf Qrup) təşəbbüsü ilə əmək yarmarkası keçiriləcək.
📌 Tədbirdə 20 müəssisə tərəfindən 120-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
➡️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
➡️ Vakansiyalar, #iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
🔗 Əmək yarmarkası keçiriləcək ünvan və tarix:
📍 Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi 245 (Hədəf kursları Sumqayıt filialının inzibati binası)