Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Qəbul-Güzəşt İmtahanının Nəticələri Açıqlanıb – Yüzlərlə Şagird Təqaüdlə Təhsil İmkanı Qazanıb!

May 19, 2025
Qəbul-Güzəşt İmtahanının Nəticələri Açıqlanıb – Yüzlərlə Şagird Təqaüdlə Təhsil İmkanı Qazanıb!

Qəbul-Güzəşt İmtahanının Nəticələri Açıqlanıb – Yüzlərlə Şagird Təqaüdlə Təhsil İmkanı Qazanıb!
 11 may 2025-ci il tarixində keçirilən ənənəvi Qəbul-güzəşt imtahanı uğurla yekunlaşdı. Hədəf Kursları və Hədəf STEAM Liseyi üzrə keçirilən bu genişmiqyaslı imtahanda ümumilikdə 256 şagird güzəşt qazanıb.

İmtahanın məqsədi bilikli və istedadlı şagirdləri müəyyən edərək onlara güzəştli təhsil alma imkanı yaratmaq idi. Bu imtahan eyni zamanda şagirdlərin təhsil motivasiyasını artırmaq və onların fərdi inkişafını dəstəkləmək üçün təşkil olunur.

 Hədəf Kursları üzrə nəticələr:
 İmtahanda iştirak edən 150 şagirddən:
9 nəfər 100% təqaüd,
12 nəfər 70% güzəşt,
Onlarla şagird isə 50%, 20% və 10% güzəşt əldə edib.

Bura daxil olaraq siyahı ilə tanış ola bilərsiniz SİYAHI

Qazandıqları bu uğur, onlara Hədəf Kurslarında keyfiyyətli və effektiv təhsil almaq imkanı yaradacaq.
 Hədəf STEAM Liseyi üzrə nəticələr:
 İmtahanda iştirak edən 106 şagirddən:
7 nəfər 100% təqaüd,
12 nəfər 70% güzəşt,
Digər onlarca şagird isə 50%, 30%, 20% və 10% güzəşt əldə edib.

İstedadlı şagirdlərimizi bu uğur münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Hədəf Kursları və Hədəf STEAM Liseyində təhsil almaq hüququ qazanan, 10%-dən 100%-dək güzəşt əldə edən bütün şagirdlərimizi təbrik edir, təhsil həyatlarında davamlı uğurlar arzulayırıq! Siz bizim üçün yalnız nəticə əldə edən şagirdlər deyil, gələcəyin liderləri və uğurlu hədəfçilərisiniz!
 Qeyd: Qazanılmış güzəştlər yalnız 20 iyun 2025-ci il tarixinədək qüvvədədir. Həmin tarixədək filiallara yaxınlaşaraq qeydiyyatınızı tamamlamağı unutmayın!
 Əlaqə: +994 12 311 01 85