Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Qəbul imtahanı liderləri ilə görüş keçirildi !

Apr 23, 2015
Qəbul imtahanı liderləri ilə görüş keçirildi !

Aprelin 23-də Hədəf Kursları Baş İdarədə 12 aprel qəbul imtahanının qalibləri ilə görüş keçirildi. F.ü.f.d., dosent, Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq qalibləri, onların valideynlərini salamladı, nailiyyətləri münasibətilə təbrik etdi. Şəmil Sadiq həmçinin Hədəf Kursları haqqında məlumat verərək təhsil müəssisəsinin Azərbaycan təhsil sistemində özünəməxsus yerini vurğuladı. Hər bir ixtisas qrupu üzrə ilk yerin sahiblərinin mükafat olaraq Hədəf Kurslarında pulsuz təhsil və Türkiyənin Sabancı Universitetinə 3 günlük səyahət əldə etdiyi haqda kursun vədini bir daha xatırlatdı.

Xarici əlaqələr və Sosial işlər üzrə Baş direktorun müavini Elvin Əliyev Sabancı Universitetinə 3 günlük səyahət barədə ətraflı məlumat verdi. Hədəf Kursları Tədris-təhsil işləri üzrə direktor Elxan Nəcəfov qalibləri təbrik edərək növbəti tədris ilində təhsil prosesində onlara ediləcək güzəştlər, dərs sistemi, sınaq imtahanları və s. haqqında fikirlərini görüş iştirakçılarına çatdırdı.

Hədəf Kursları olaraq bir daha qalibləri təbrik edirik, gələcək həyatlarında uğurlar arzulayırıq.

Azərbaycan bölməsi:

  1. Fariz Qocayev, VIII sinif, I qrup, 660 bal
  2. Səbinə İsayeva, X sinif, II qrup, 634 bal
  3. Elgün Cəfərov, X sinif, III qrup, 666 bal
  4. Mirismayıl İsmayılzadə, IX sinif, IV qrup, 652 bal

Rus bölməsi :

  1. Afərdə Hacıyeva, X sinif, I qrup, 558 bal
  2. Şahbaba Məmmədov, X sinif, II qrup, 660 bal
  3. Fərid Vəlizadə, IX sinif, III qrup, 465 bal
  4. Vüqar Vəlizadə, X sinif, IV qrup, 474 bal