14 dekabr 2014-cü il tarixində, saat 15:00-da Hədəf Kurslarının artıq 5-ci ildir ki, təşkil etdiyi Fənlərin Dostluğu Olimpiadası keçirildi. Bakı Türk Anadolu Liseyində baş tutan Olimpiadada Azərbaycan bölməsi üzrə təhsil alan 9-10-cu sinif şagirdləri iştirak etdilər. Şagirdlər 2 saat müddətində 50 test sualını cavablandırıblar.
İmtahana qeydiyyat online şəkildə aparılmışdır. 12 dekabr tarixinə qədər şagirdlər heç bir ödəniş etmədən www.inteqrasiya.az saytında pulsuz qeydiyyatdan keçərək olimpiadada iştirak etmək hüququ qazanmışlar. Qaliblər nəticələrini ən qısa zamanda saytımızdan öyrənə bilərlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəblilər arasında keçirilən Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Qaliblər üçün nəzərdə tutulmuş hədiyyələr:
I yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində ödənişsiz təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Solitondan planşet
II yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 75 % güzəştli təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Medika Hospitaldan güzəştli müayinə kartı
III yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 50 % güzəştli təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Medika Hospitaldan güzəştli müayinə kartı
IV-X yerlər – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 25 % güzəştli təhsil, OYAL-dan hədiyyə paketi, kitabevim.az-dan hədiyyə kartı
11-100-cü yerlər – Olimpiadanın xüsusi sertifikatı, Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 15 % güzəştli təhsil
Olimpiadanın təsisçisi: Hədəf Nəşrləri
Təşkilatçılar: Hədəf Kursları və İstiqlal Tədris Mərkəzi
Sponsorlar: OYAL, Medika Hospital, Kitabevim.az, Soliton LTD
İnformasiya dəstəyi: İctimai TV, ORadio, Kanal13.TV, www.azpress.az, www.atvxeber.az
Partnyorlarımız: senet.az, Həmrəy GMDİB, Hədəf Karyera Mərkəzi