Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

XII “Fənlərin Dostluğu Olimpiadası” uğurla başa çatdı

Dek 06, 2022
XII  “Fənlərin Dostluğu Olimpiadası” uğurla başa çatdı

04 dekabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş XII “Fənlərin Dostluğu Olimpiadası” keçirilib.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il sayca on ikincisi təşkil olunan “Fənlərin Dostluğu Olimpiadası”nın  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, şagirdlərə fənlərin bir-biri ilə bağlılığını aşılamaq və bu inteqrasiyanın köməyi ilə xüsusi istedada malik şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

İdeya müəllifi f.ü.f.d., dosent, Şəmil Sadiq olan olimpiadada bu il Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı,  respublikamızın 10-dan çox şəhər və rayonlarını təmsil edən 1678 nəfər şagird öz biliyini sınadı. Karantin qaydalarına uyğun təşkil olunan Olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan mərkəzində baş tutdu.

Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX və X sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar  2 saat müddətində 50 sualı cavablandırıblar. Suallar 2-6 fənli olmaqla inteqrasiya əsasında tərtib olunmuşdu.

Bir həftə sonra olimpiadanın nəticələri layihənin rəsmi elektron ünvanı olan  www.inteqrasiya.az saytında elan olunacaq. Dekabr ayının sonuncu ongünlüyündə FDO-12 qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Xatırladaq ki, XII “Fənlərin Dostluğu Olimpiadası” Azərbaycan Dövlət İqtisad Universiteti və “Hədəf Qrup”un birgə təşkilatçılığı ilə keçirildi.