Hədəf Kursları idarə heyəti pandemiya dönəmində dərslərin necə keçirilməsi ilə bağlı üç variant – Ənənəvi, Hibrid, Onlayn üzərində işləyərək yeni tədris ilinə tam hazırlığı bitirmişdir. Valideynlərin narahatlığını nəzərə alaraq, hazır variantların vacib detallarını ictimaiətlə bölüşürük:
Əgər Operativ Qərargah tərəfindən dərslərin ƏNƏNƏVİ qaydada keçirilməsi qərara alınarsa, biz hazırlıq kursu olaraq aşağıdakı tədbirləri həyata keçirməklə tədrisi təşkil edəcəyik.
Ənənəvi tədris şəraitində:
Dərs saatları əvvəlki qaydada qruplar üzrə həftədə 3 günü əhatə etməklə ənənəvi dərs cədvəli üzrə təşkil ediləcək.
- Qruplar üzrə abituriyent sayı 1 parta – 1 abituriyent prinsipi ilə təyin ediləcək.
- Sıxlığın aradan qaldırılması üçün bütün filiallarımızda səhər növbəsi dərsə gələ bilən abituriyentlər üçün ayrıca qruplar açılacaq.
- Sanitar-epidemiyoloji qaydalara daha çox diqqət ediləcək. Yeni tədris ilindən başlayaraq ayda 2 dəfə tədris otaqları və kurs binasının bütün ərazisi dezinfeksiya ediləcək. Gündəlik olaraq isə bütövlükdə bina xüsusi dezinfeksiyaedici məhlul və vasitələrlə təmizlənəcək.
- Girişdə və hər mərtəbənin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdiriləcək.
- Binaya giriş:
- Hər səhər istilik ölçmə cihazları ilə şagirdlərin və müəllimlərin istiliyi ölçüləcək;
- Qızdırması normadan yüksək olan şagird və ya müəllim qeydə alınarsa, tədbir görülərək evə göndəriləcək;
- Valideynlər və digər qonaqlar zərürət olmadıqda binaya buraxılmayacaq. Zərürət yarandıqda isə məhdud sayda nəzarət edilməklə binaya girişinə icazə veriləcək;
- Valideyn-müəllim və valideyn-idarə heyəti görüşləri qonaq otaqlarında, və ya girişdə görüş güşəsində təmin ediləcək.
- Hava şəraiti imkan verdiyi təqdirdə, sinif otaqlarının pəncərələri açıq saxlanılacaq, havalanmaya diqqət ediləcək.
- Məktəbin xüsusi güşələrində, siniflərdə maarifləndirici posterlər asılacaq, bina daxilində hərkəsin maskadan istifadə etməsinə nəzarət ediləcək.