Search
Sakit Gojayev/ Bakikhanov 13a Our address
09:00 - 18:00 Working hours

About us

“Hədəf Kursları” MMC tanınmış pedaqoq f.ü.f.d Şəmil Sadıqovun təşəbbüsü ilə Vüqar Tarquliyevlə birgə təsis edilmişdir. Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və həmin gündən də öz fəaliyyətinə başlamışdır.

Qısa zamanda milli təhsil brendi olaraq bir çox uğurlara imza atmışdır. Bu zaman çərçivəsində Hədəf Kursları özünün 11 filialını (Nizami, Xırdalan, Qara Qarayev, Azadlıq, Sumqayıt, Əhmədli, Əcəmi, Yasamal, Mehdiabad, Masazır, Naxçıvan) açmışdır.

Hədəf Kursları qarşısına ölkəmiz və bəşəriyyət üçün dəyər yaradan insanlar yetişdirməyi hədəf qoyur. Dəyər yarada bilmək üçün insan bilgili, bacarıqlı, yaradıcı və müəyyən davranış kodekslərinə və peşə vərdişlərinə sahib olmalıdır. Bu məqsədlə Hədəf Liseyinin şagirdləri təhsil ili ərzində müxtəlif fənlərdən nəzəri dərslər keçməklə bərabər, bilgi və bacarıqlarını müxtəlif laboratoriyalarda, atelyelerdə, təcrübə, sənət və idman məşğələlərində inteqrasiya edəcək və zənginləşdirəcəklər.

Hədəf Kursları
15

years of educational experience

500+

professional teaching staff

93%

of our graduates become students

10 000+

printed and video tutorial materials

"Hədəf" courses

Tariximiz

“Hədəf Kursları”MMC tanınmış pedaqoq f.ü.f.d Şəmil Sadiqovun təşəbbüsü ilə Vüqar Tarquliyevlə birgə təsis edilmişdir. Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və həmin gündən də öz fəaliyyətinə başlamışdır. Qısa zamanda milli təhsil brendi olaraq bir çox uğurlara imza atmışdır. Bu zaman çərçivəsində Hədəf Kursları özünün 11 filialını (Nizami, Xırdalan, Qara Qarayev, Azadlıq, Sumqayıt, Əhmədli, Əcəmi, Yasamal, Mehdiabad, Masazır, Naxçıvan) açmışdır. 

Məqsəd və missiyamız

Ali məqsədimiz hər bir vətəndaşa keyfiyyətli təhsil xidməti verməklə sağlam düşüncəli və uğurlu fərdləri yetişdirərək cəmiyyətimizin inkişafına töhfə vermək, daim inkişaf edən və təkmilləşən, yenilikçi tədris mərkəzi olaraq regionun təhsil məkanında lider təhsil müəssisəsinə çevrilmək, beynəlxalq aləmdə tanınmış tədris mərkəzi sırasına daxil olmaqdır. 

Gələcəyə baxışımız

Şagirdlərimizin hərtərəfli inkişafı,  şəxsiyyət kimi təkmilləşmələri, ümumbəşər dəyərləri mənimsəməklə yanaşı milli ruhda yetişmələri, həmçinin, Hədəf Kurslarının məzunu olaraq hər zaman qürur duymalarıdır.

Həmtəsisçidən

Bu günün dünyasında elm və texnologiya elə sürətlə inkişaf edir ki, bəzən nəinki bu inkişafa çatmaq, hətta onu izləmək belə çətin görünür. Ancaq bu dəyişikliyin mühərrikinin elə insanın özü olduğunu da bilirik – dinindən, dilindən, cinsindən asılı olmayaraq elmi təfəkkürə sahib, məntiqli mühakimə yürüdə bilən, qıvraq xəyal gücü ilə zamanı qabaqlaya bilən insan.

Biz sənədli filmlərdə və texnologiya xəbərlərində Marsa enəcək kosmik zondu gördükdə, istifadə etdiyimiz ağıllı telefonların yeni funksiyalarını kəşf etdikdə, genetik tibdəki yeniliklərdən xəbər tutduqda, çağdaş bir memarlıq abidəsini gördükdə, yüzlərlə insanı bir neçə saat ərzində dünyanın bir ucundan digər ucuna daşıyan hava gəmiləri ilə uçduqda, istər-istəməz “bunu yaradan dahidir”, “bu, bir möcüzədir” deyə düşünür, o məhsulları yaradan şəxslərin adlarını bilməsək belə içimizdə onlara təşəkkür edirik.

Bu gün Samsung, Apple, Facebook, Miscrosoft, Amazon kimi şirkətlərin büdcəsini bir çox dövlətin büdcəsi ilə müqayisə etməklə texnologiyanın iqtisadi güc kimi böyüklüyünü təqdir etmək mümkündür. Sizi əvvəlcə bu şirkətlərin yaranma tarixçələri, bügünkü fəaliyyət miqyasları və iqtisadi imkanları ilə, eyni zamanda bizim hədəflərimizlə tanış olmağa və “Hədəf”li bir balabilgənin valideyni olmağa dəvət edirik.

Director

Shamil Sadigov

Shamil Sadigov